Texniki dəstək xidməti

shape
shape
shape
shape
shape
shape
shape
shape

Heç kəsə sirr deyil ki, müasir dövrdə informasiya və onun təhlükəsizliyinin qorunması şirkət və müəssisələrin fəaliyyətinin az qala ən prioritet istiqamətinə çevrilmişdir. Belə ki, böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq şirkətlərdə informasiya itkisi və oğurlanma halları sonda həmin müəssisənin rəqabət qabiliyyətinin azalmasına, hətta iflasa uğramasına belə səbəb ola bilər. Digər sözlərlə desək informasiyanın oğurluqdan, dəyişdirilmədən və ya ümumiyyətlə məhv edilməsindən qorunması bu günümüzün aktual problemlərindən sayılır. Bundan başqa əsas məsələlərdən biri də mövcud informasiya toplusuna planlaşdırılmış və ya planlaşdırılmamış hücumların və ya digər risklərin qarşısının zamanında alınmasıdır. Bütün bu halların qarşısını almaq üçün şirkətin elektron daşıyıcılara söykənən basasının kompleks müdafiə sistemlərinin qurulmasına ehtiyac vardır. Burada 2 məqam ortaya çıxır. Onlardan birincisi bundan ibarətdir ki, şirkət informasiya təhlükəsizliyini öz daxili resusrları hesabına təmin etməyə çalışır. Şirkətlərin əksəriyyəti ilkin etapda bu varianta üstünlük verirlər. Amma bəzən şirkət tərəfindən ayrılmış maddi resusrların kifayət qədər olmaması, bu işləri görəcək İT mütəxəssislərin öz işlərində tam profesional olmaması nəticədə qurulmuş və ya qurulacaq sistemin problemli olmasina gətirib çıxarır. Həyata keçirilən işlərin qeyri-dəqiq, natamam və ya keyfiyyətsiz həyata keçirilməsi isə sonda şirkətin, müəssisənin informasiya təhlükəsizliyinin təməl sütunlarının risklə üz-üzə qalmasına səbəb olur.

İkinci yol isə şirkətin informasiya təhlükəsizliyinin qurulmasının və idarə olunmasının bu sahədə ixtisaslaşmış, hər biri öz sahəsində peşəkar olan əməkdaşların toplanmış olduğu kənar İT şirkətlərin köməyinə müraciət edilməsidir. Bu zaman şirkət bir çox kriteriyalar üzrə uduşda olur ki, onlardan ən önəmlisi şirkətin informasiya təhlükəsizliyinin arxasında hər hansı bir fiziki şəxsin (İT menecer) deyil, öz işində daha peşəkar olan bir şirkətin dayanmasıdır. Belə ki, İT menecer kifayət qədər profesional olmaya bilər, müxtəlif səbəblərdən işə gələməyə bilər (toy, yas, xəstəlik, vəfat və s.), əmək haqqı ilə bağlı narazıçılıq səbəbindən işi yarımçıq qoyub gedə bilər, şirkət məlumatlarının nə dərəcədə dəyərli olduğunu anlayıb və ya anlamaması səbəbindən onları hər hansı 3-cü tərəflə paylaşa bilər, onun özü ilə bilavasitə İT məsuliyyət üzrə müqavilə bağlanmadığından şirkət və İT menecer arasında hüquqi məsuliyyət və öhdəliklər qeyri-müəyyən olaraq qala bilər. Şirkətlərdə çalışan İT menecerler adətən rutin işlər yerinə yetirdiyi üçün öz üzərilərində çalışmırlar və beləliklə texnologiyanın son nəaliyyətlərini ya bilmir, ya da işdə tətbiq edə bilmirlər. Bu isə sizdə mövcud sistemlərin adətən daha köhnə versiyalarda işləməsinə və yeni proqram təminatları ilə ziddiyyət yaratmasına səbəb olur. Ən önəmli məqamlardan biri də ondan ibarətdir ki, İT menecer (lər) yalnız problem çıxandan-çıxana fəaliyyət göstərirlər. Qalan zamanlarını isə demək olar ki, boşa sərf edirlər. Başqa sözlə desək aldıqları əmək haqqı və bonus məbləğini əslində iş vaxtlarının əksəriyyətini boşda keçirməklə qazanırlar. Gəlin özümüzə sual verək. Sadəcə müəyyən zaman aralığında şirkətin işlərinə yarayan, qalan vaxtlarını isə böşa xərcləyən işçilərin saxlanılması şirkətə lazımdırmı? Bunun kimi bir çox səbəblər sadalamaq olar.

Bundan fərqli olaraq Total İT şirkəti məhz xidmət üzrə ixtisaslaşdığından daha peşəkar kollektivə məxsusdur. Şirkətin müxtəlif sahələr üzrə fəaliyyət göstərən əməkdaşları hər biri öz sahəsinin mütəxəssisidir. Total İT rəqabət qabilliyyətini saxlamaq üçün daim informasiya ələmində baş verən yeniliklərin yanındadır və onları öz iş təcrübəsində tətbiq edir. Total İT şirkətinə etibar etməksə siz bir çox məqamlarda optimal nəticəyə nail olmuş olursunuz. Belə ki, ilk olaraq siz daha peşəkar mütəxəssislərin texniki dəstəyini almış olursuz. Şirkətimiz öz əməkdaşlarının iş planlarını optimallaşdırdığından sizlərə göstərilmiş olan texniki dəstək daha keyfiyyətli və daha ucuz olur. Sizlər üçün qurulmuş informasiya təhlükəsizlik sitemləri möhkəmliyi, davamlılığı, konfedensiallığı ilə fərqlənir. Şirkətinizin informasiya təhlükəsizliyi hər hansı İT menecer (lər) məsuliyyəti ilə deyil şirkət məsuliyyəti ilə ölçülür. Bütün həyata keçirilmiş tədbirlərin sənədləşdirilməsi aparıldığı üçün müştərinin tez-tez ortaya çıxan problemlərinin statistikasını aparmaq və lazımi olan tədbirləri öncədən görmək imkanı yaranır.

Şirkətlərin iş saatlarından və iş prinsiplərindən asılı olaraq Total İT şirkəti onlara bir neçə istiqamətdə texniki dəstək xidmət paketləri təklif edə bilir. Bu xidmət paketlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

  • REMOTE
  • STANDART (həftə içi 5 gün / 8 saat)
  • STANDART PLUS (həftə içi 7 gün / 12 saat)
  • VİP (həftə içi 7 gün/ 24 saat)
  • İŞÇİ İCARƏYƏ VERİLMƏSİ
  • ÇAĞIRIŞ ƏSASLI XİDMƏT PAKETLƏRİ

Şirkətlərin iş qrafiki, iş prinsipləri və fərdi tələblərindən asılı olaraq bu xidmət paketlərindən hər hansı biri və ya bir neçəsi tətbiq oluna bilər.

REMOTE: Bu xidmət növü adından da göründüyü kimi müştərinin sistemlərinə və ya kompyuterlərinə iş günləri və iş saatları çərçivəsində, daha dəqiq desək həftə içi 5 gün 8 saat (09.00 - 18.00) uzaqdan bağlanaraq mövcud problemlərin həll olunması istiqamətində fəaliyyət göstərir. Xidmətin ödənişi çox cüzi olmaqla yeni yaranmış və ya maliyyə imkanları elə də böyük olmayan şirkətlər üçün nəzərdə tutulmuş bir xidmət növüdür.

STANDART: Bu xidmət növünə əsasən "Total İT" şirkəti müştərinin sistemlərinə mütləq şəkildə ayda 1 dəfə tam baxış keçirəcək. Mövcud problemləri üzə çıxaracaq, müştəriyə bu barədə məlumat verəcək, texniki baxışın nəticələrini aktlaşdıracaq və mövcud çətinlikləri aradan qaldıracaq. Bundan başqa müştəri həvtə içi 5 gün və 8 saat (09.00-18.00) gün ərzində də "Total İT" şirkətinə müraciət edə bilər və sistemlərə baxılması üçün əməkdaş istəyə bilər. Helpdesk seviyyəsini keçən hər hansı problemlə görə şirkət əməkdaşları çağırıla bilər. Hətta problemlər qlobal səviyyədə olarsa lazım gəldikdə gündə bir neçə dəfə də çağırışı həyata keçirmək olar.

7/12 STANDART PLUS: Bu xidmət növü isə STANDART Xidmətin bütün funksiyalarını saxlamaq şərtilə 7 gün 12 saat-ı əhatə edir. Elə müəssisə və şirkətlər var ki, onların işi həftə içi hər gün 09.00-21.00 arasında davam edir. Bu şirkətlər üçün 7/12 saat xidməti ideal çözüm yoludur. Bu zaman həftənin günlərindən, bayram günlərindən, qeyri iş günlərindən asılı olmayaraq və yuxarıda qeyd olunmuş saatlar çərçivəsində "Total İT" öz xidmətinə davam edəcəkdir.

7/24 VİP: Bu xidmət növü isə 7/12 Standart PLUS paketinin bütün funksiyalarını saxlamaq şərtilə 7 gün 24 saat-ı əhatə edir. Elə müəssisə və şirkətlər var ki, onların işi dayanmır və gün boyu davam edir. Bu şirkətlər üçün 7/24 saat xidməti ideal çözüm yoludur. Bu zaman həftənin günlərindən, bayram günlərindən, qeyri iş günlərindən və günün saatlarından asılı olmayaraq "Total İT" öz xidmətinə davam edəcəkdir.

İŞÇİ İCARƏYƏ VERİLMƏSİ: Daha bir xidmət növü var ki, bu zaman Total İT tərəfindən əməkdaşlarımızdan biri müştəri şirkətə icarə olaraq verilir. Burada da 2 forma var ki, onlardan hər hansı birini seçmək mümkündür. Əməkdaş ya günün bir hissəsini, məsələn 09.00-13.00 və ya 14.00-18.00, ya da ki, tam hissəsini müştəri şirkətdə ola bilər. Belə bir xidmət zamanı əməkdaşımız şirkətdə olduğu üçün ortaya çıxa biləcək problemləri yerindəcə operativ şəkildə həll etməklə müştəriyə zamanına və puluna qənaət etməyə səbəb olur. Amma burda daha bir məqamı nəzərdən qaçırmaq olmaz ki, Total İT müştəri şirkətə bir əməkdaş versə də, əslində yenə də komanda şəklində xidmət göstərməyə davam edir. Bu o deməkdir ki, icarəyə verilmiş əməkdaş xidmət göstərdiyi şirkətdə hər hansı bir çətinliklə qarşılaşarsa o zaman Total İT lazımi qədər əlavə əməkdaş göndərmək imkanına da sahibdir.

ÇAĞIRIŞ ƏSASLI XİDMƏT: Bu xidmət növü seçilərkən şirkətimizin əməkdaşları həftə içi 5 gün və saat 09.00-18.00 arası müştərilərin çağırış müraciətinə əsasən texniki işlər görürlər. Bu zaman hər çağırışın öncədən müəyyənləşdirilmiş sabit bir qiyməti olur. Əgər görüləcək işlər qısamüddətli işlərdirsə o zaman işlərin qiyməti çağırış qiyməti daxilində hesablanır, yox əgər çağırış zaçmanı mövcud problemin həll olunması çox zaman alacaqsa o zaman çağırış qiymətindən əlavə görülən işlərə görə də faktura hesablanır.


Texniki dəstək xidməti